Binəqədi şosesində nəqliyyatın hərəkəti yenidən məhdudlaşdırılır
30.11.2017 818 0.0 0

Yeni asfalt-beton örtüyünün döşənməsi işləri ilə əlaqədar olaraq 30 noyabr tarixindən 1 dekabr tarixinə keçən gecədən etibarən Binəqədi şosesinin Binəqədi qəsəbəsindən “4 yol” deyilən əraziyədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.

 

“Azəravtoyol” ASC-dən verilən məlumata görə, sözügedən ərazi üzrə hərəkətin məhdudlaşdırılması qısa müddətə, yəni 1-3 dekabr tarixlərində baş tutacaq. Bu müddət ərzində asfalt örtük döşənən ərazilər boyu hərəkət hissə-hissə bərpa olunacaq.

 

Sürücülərdən bu müddət ərzində alternativ yollardan istifadə etmələri xahiş olunur./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar