Tarix: 10.12.2016,   Saat: 14:49, Şənbə.          

Binəli Yıldırım: Avropa Parlamentinin qərarının bizim üçün heç bir anlamı yoxdur

Avropa Parlamentinin (AP) verdiyi qərarın bizim üçün heç bir anlamı yoxdur.

Türkiyə mətbuatına istinadən xəbər verilir ki, Baş nazir Binəli Yıldırım AP-nin Türkiyənin Avropa İttifaqına (Aİ) daxil olması üzrə danışıqların dondurulması haqqında qərarına münasibət bildirərkən belə deyib.

B.Yıldırım bildirib ki, Aİ ilə Türkiyənin münasibətləri onsuz da normal deyildi: "Aİ bunu aydınlaşdırmalıdır ki, Avropa gələcəyə Türkiyə ilə bərabər gedir, yoxsa Türkiyəsiz. Bizə demokratiya dərsi vermək istəyənlərin gerçək üzünü bütün dünya ibrətlə izləyir".

Qeyd edək ki, AP-nin Türkiyə ilə Aİ arasında 3 oktyabr 2005-ci ildən başlayan üzvlük müzakirələrinin müvəqqəti olaraq dondurulması haqqında qərarına 37 parlamentari əleyhinə, 479-su lehinə səs verib. 107 parlamentari isə bitərəf qalıb./Trend/



  Bölmə: Gündəm | Baxış sayı: 250 | Tarix: 24.11.2016, 19:23


Xəbərlər