Binəli Yıldırım: `Xocalı qətliamı türk millətinin ortaq dərdidir`
27.02.2017 1052 0.0 0

“25 il əvvəl işğal olunan Xocalıda erməni cinayətkar dəstələrinin vəhşicə qətlə yetirdiyi soydaşlarımıza Allahdan rəhmət diləyirəm”.
 
Məlumata görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım özünün  “twitter” səhifəsində yazıb. Baş nazir 1992-ci il fevralın 26-da Xocalı soyqırımının törədildiyini xatırladıb. Yıldılrım “yerə-göyə sığışmayan acı – Xocalı qətliamı” başlıqlı statusunda “o gün azərbaycanlı mülki şəxslər erməni cinayətkar qruplar tərəfindən vəhşicəsinə qətlə yetirildi. Bu qətliam Türk millətinin ortaq dərdidir” - deyə, bildirib. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar