Binəli Yıldırım: `ABŞ-ın yeni dövlət katibinin Türkiyəyə münasibəti bizim üçün əhəmiyyətli deyil`
14.03.2018 900 0.0 0

 “Türkiyə-ABŞ münasibətləri ayrı-ayrı şəxslər üzərində qurulmayıb”.

“Anadolu” agentliyinə istinadən xəbər verilir ki, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım Azərbaycana səfərə yola düşməzdən əvvəl Ankaranın Esenboğa hava limanında keçirdiyi mətbuat konfransında deyib.

ABŞ-ın dövlət katibi Reks Tillersonun istefaya göndərilməsinə və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Mayk Pompeonun dövlət katibi təyin olunmasına münasibət bildirən B.Yıldırım vurğulayıb ki, rəsmi Ankara ilə Vaşinqton arasında daha geniş əlaqələr qurula bilər: “Onun yerinə gələn dövlət katibinin nə düşündüyü bizim üçün elə bir əhəmiyyət daşımır. Ümid edirəm ki, iki ölkə arasında daha sağlam və geniş əlaqələr qurulacaq”./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar