Bill Qeyts koronavirus təhlükəsinin azalmasını bu vaxta proqnozlaşdırıb
18.11.2021 286 0.0 0

Microsoft"un təsisçisi Bill Qeyts hesab edir ki, 2022-ci ilin yayına qədər ağır koronavirus hallarının sayı və COVID-19-dan ölüm halları kəskin azalmalıdır.
Qazeta.info xarici mətbuata istinadla bildirir ki, Bill Qeyts əmin olduğunu bildirib ki, vaksinasiya ilə yeni dərmanların və təbii immunitetin yaranması, morbidlik və ölüm halları azalmalıdır.

"Microsoft" şirkətinin təsisçisi gələn il koronavirusa qarşı vaksinlərin tədarükü ilə bağlı problemlərin həll olunacağına da ümidvar olduğunu bildirib. Eyni zamanda o, dünya ictimaiyyətini, gələcəkdə yarana biləcək yeni pandemiya təhlükəsini azaltmaq üçün qripin aradan qaldırılması istiqamətində aktiv fəaliyyətə çağırıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar