Bill Qeyts artıq dünyanın ən varlı adamı deyil
28.07.2017 670 0.0 0

Microsoft şirkətinin sabiq rəhbəri Bill Qeyts dünyanın ən varlı adamı statusunu itirib.

Məlumata görə, indi dünyanın ən varlı adamları sırasında birinci yerdə "Amazon" şirkətinin direktoru Ceff Bezondur.

 

 

"Forbes" nəşrinin məlumatına görə, Bezonun varidatı 90.6 milyard dollara çatıb ki, bu da Qeytsin varidatından 500 milyon dollar çoxdur. İyul ayının 27-də Amazonun səhmlərinin 1.6% artması sayəsində Bezonun varidatı da artıb. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar