Biləsuvarda quldurluq- Həkimin əl-qolunu bağlayıb evini soydular
07.05.2017 793 0

Biləsuvarda quldurluq hadisəsi baş verib.
Məlumata görə, hadisə Biləsuvar rayon mərkəzində qeydə alınıb.
Biləsuvar rayon Mərkəzi Xəstəxanasının həkimi Göyçək İbrahimovanın evinə daxil olan şəxslər əvvəl onun əl-qolunu bağlayıb, daha sonra evdə olan qızıl-zinət əşyalarını götürərək hadisə yerindən qaçıblar.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, G. İbrahimova Biləsuvar Mərkəzi Rayon Xəstəxanasının Laboratoriya şöbəsində çalışır./APA/
Digər xəbərlər:
Şərhlər