Biləsuvarda pambıq yığımından qayıdan xəstəxana işçiləri kanala yuvarlanıb- ağır qəza
19.09.2017 741 0.0 0

Biləsuvarda xəstəxana işçiləri pambıq yığımından qayıdan zaman ağır yol nəqliyyat hadisəsi keçiriblər.

Qazeta.info xəbər verir ki, bu gün Biləsuvar Mərkəzi Xəstəxanasının texniki işçiləri pambıq yığımından qayıdan zaman onları gətirən avtomobil kanala yuvarlanıb.

 

 

 

İlkin məlumata görə maşında olan 20 nəfirin hamısı müxtəlif tipli bədən xəsarətləri alıb. Onlardan 4 -ü yügül xəsərat aldığı üçün ilkin tibbi yadım göstərildikdən sonra evə buraxılıb.16 nəfərin vəziyyətinın ağır olduğu bildirilir. 

Hazırda yaralılara Biləsuvar rayon xəstəxanasında yardım gıstərilir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar