Biləsuvarda pambıq qəbulu məntəqəsində baş verən yanğın söndürülüb - YENİLƏNİB
23.10.2017 946 0.0 0

 

 Biləsuvar rayonunda pambıq qəbulu məntəqəsində baş verən yanğın söndürülüb.

"Report"un məlumatına görə, rayonun Əsgərabad kəndi ərazisində yerləşən pambıq qəbulu məntəqəsində hər birində 80 ton pambıq olmaqla yeddi pambıq tayası yığılıb. Hələlik məlum olmayan səbəblərdən 80 tonluq pambıq tayalarından birində yanğın baş verib. 

İlkin məlumatlara görə, yanğın zamanı 500 kiloqramdan çox pambıq yanıb. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

 

*****

Biləsuvar rayonunda pambıq qəbulu məntəqəsində yanğın başlayıb.

Məlumata görə, hadisə rayonun Əsgərabad kəndi ərazisində yerləşən məntəqədə baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Biləsuvar Rayon Yanğından Mühafizə Hissəsinin (YMH) texniki və canlı qüvvəsi cəlb olunub.

Hazırda yanğın davam edir. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar