Bıçaqlanan Bakı sakini xəstəxanaya gedərkən qəzaya düşüb, anası da yaralanıb
01.12.2016 813 0.0 0

Bakı sakini əvvəlcə bıçaqlanıb, xəstəxanaya getmək istəyərkən isə qəza törədib.

"Report"un xəbərinə görə, hadisə Xəzər rayonu, Binə qəsəbəsi Təzə Sahə adlanan ərazidə Natavan küçəsində qeydə alınıb.

Belə ki, 1983-cü il təvəllüdlü Mirzəliyev Fəxri Aydın oğlu qonşuluğunda tək yaşayan qadının evinə gələn qonaqlarla mübahisə edib. O, qonaqları qadının evində əxlaqsızlıq yuvası təşkil etməkdə günahlandırıb. Bu zaman qonaqlardan biri F.Mirzəliyevə iki bıçaq zərbəsi vurub.

F.Mirzəyev anası 59 yaşlı Mirzəliyeva Elmira Əliməmməd qızının köməkliyi ilə "Kia" markalı avtomobilinə əyləşib.

F.Mirzəliyev xəstəxanaya gedərkən Aeroport yolunda huşunu itirib. O, sükan arxasında idarəetməni itirərək avtomobili dəmir arakəsməyə çırpıb. Nəticədə E.Mirzəliyeva kəllə-beyin travması alıb. Yaralılar "Təcili yardım" maşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ana və oğlunun vəziyyəti ağırdır.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin (RPİ) 2-ci Polis Bölməsinin əməkdaşları araşdırmalara başlayıb. Xəzər RPİ-də cinayət işi başlanılıb.

Qeyd edək ki, F.Mirzəliyev Bakı Abadlıq MMC-də suvarma işləri üzrə mütəxəssis vəzifəsində çalışır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar