Beynəlxalq cəsusluq qalmaqalı-«Spiegel» Alman kəşfiyyatının izləmələrindən yazdı
27.02.2016 529 0.0 0

Almaniya federal kəşfiyyat xidməti (BND) Avropa İttifaqı diplomatiyasının keçmiş rəhbəri Ketrin Eştonu izləyib.
 
Məlumata görə, bu barədə “Spiegel” nəşri məlumat yayıb.
 
Məlumata əsasən, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələləri üzrə sabiq nümayəndəsi 2009-ci ildən etibarən bir neçə il ərzində izlənməyə məruz qalıb.
 
Qeyd edək ki, ötən il Almaniya federal kəşfiyyat xidməti tərəfindən 2013-cü ilədək Avropa İttifaqı ölkələrinin səfirlilikləri və digər müttəfiq ölkələrin təsisatlarının izlənməsinin üstü açılmışdı.
 
Almaniya kəşfiyyatı tərəfindən izlənməyə məruz qalanlar arasında ABŞ Dövlət Departamenti, ABŞ-ın Sudandakı səfirliyi və Əfqanıstandakı yüksək rütbəli amerikalı hərbçilər də olub. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar