Ben Ladenin məktubu yayıldı: «Oxuduqdan sonra yandırın»
01.03.2016 1766 0.0 0

Amerika xüsusi xidmət orqanlarının üzərindən məxfiliyi götürülmüş sənədləri “Əl Qaidə” terror qruplaşmasının lideri Üsəma Ben Laden haqda bir neçə maraqlı detalı üzə çıxarıb.

Qazeta.info Modern.az- a istinadla xəbər verir ki, məktublar və kəşfiyyat sənədləri Ben Ladenin elektron cihazlar vasitəsilə izlənə biləcəyindən çox narahat olduğunu yazır.

“Əbu Abdulla” ləqəbi ilə məktub yazan Ben Laden həyat yoldaşlarından birinin İranda dişinə plomb qoydurmaq planlarından narahatçılğını ifadə edir. Məktubun sonunda isə təlimat olaraq “Xahiş edirəm məktubu oxuduqdan sonra yandırın” deyə yazıb.

Ben Laden diş plombuna onu izləməyə imkan verən çipin yerləşdirilməsindən qorxurmuş.

“Çipin uzunluğu buğda, eni isə vermişel ölçüçündədir”.

Digrə məktubunda isə əfqan diplomatın azad olunması üçün hakimiyyət nümayəndələrinin ödədiyi pulun olduğu çemodanı məhv etməyi tapşırır. Onun fikrincə, çemodanda izləyici cihazlar ola bilər.

Ehtimal olunur ki, məktublar 2009-2011-ci illərdə yazılıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar