Belçika DÇ-2018-ə vəsiqəni təmin edib
04.09.2017 734 0.0 0

Futbol üzrə Belçika yığması Rusiyada keçiriləcək 2018-ci il dünya çempionatına vəsiqəni təmin edib.

 

Məlumata görə,  belçikalılar DÇ-2018-ə vəsiqəni seçmə mərhələsinin UEFA zonasında 8-ci turunun oyununda Yunanıstan üzərində 2:1 hesablı qələbədən sonra təmin ediblər.

 

Qələbə sayəsində Belçika millisi xallarının sayını 22-yə çatdıraraq dünya çempionatının final mərhələsinə vəsiqəni təmin edib.

 

“H” qrupunda birinci yerdə qərarlaşan Belçika DÇ-2018-də iştirak edəcək altıncı ölkə olub. Belçikadan əlavə, mundialda iştirakı Braziliya, İran, Yaponiya, Meksika və “mundial”ın sahibi Rusiya təmin edib.

 

 Qeyd edək ki, DÇ-2018 iyun 14-dən iyulun 15-ə qədər Rusiyanın 11 şəhərində keçiriləcək./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar