Belarusda monastırın baş rahibəsi qətlə yetirilib
06.01.2017 814 0.0 0

Belarusun Svyato-Kseniyevsk monastırının baş rahibəsi qətlə yetirilib.

 

“Lenta.ru” saytına istinadən verilən məlumata görə, bunu Belarus dini idarəsinin sözçüsü Sergey Lepin bildirib. 
 

“Vasilissa ananın öldürülməsi faktını təsdiqləyə bilərəm. Çox güman ki, ona rahibə olmaq istəyən çoxsaylı monastır üzvlərindən biri hücum edib”, - deyə o bildirib.
 

Artıq hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerinə gediblər. Vasilissa ana 2004-cu ildən Svyato-Kseniyevsk monastırın baş rahibəsi olub. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar