Əbdürrəhman Vəzirov harda dəfn olunacaq?
10.01.2022 561 0.0 0

Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş birinci katibi Əbdürrəhman Vəzirov Rusiyanın paytaxtı Moskva şəhərində dəfn olunacaq.

Bu barədə “Report”a mərhumun yaxınları məlumat verib.

Ə.Vəzirovun həyat yoldaşının məzarının yanında torpağa tapşırılacağı gözlənilir.

Qeyd edək ki, Ə.Vəzirov 1930-cu ildə Bakının Binəqədi rayonunda anadan olub. O, 1988-1990-cı illərdə Azərbaycan SSRİ-yə rəhbərlik edib. 1990-cı il 20 Yanvar hadisələrindən sonra o, Rusiyaya köçüb və ömrünün sonuna qədər orada yaşayıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar