Bayramda halı pisləşənlərin sayı artıb
24.03.2015 757 0.0 0

Bayram günləri Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasına müraciət edənlərin sayı artıb. Bu barədə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev məlumat verib. Onun sözlərinə görə, adi günlərdən fərqli olaraq bayram günlərində müraciətlərin sayı 2200-ə çatıb.

“Həmişə olduğu kimi ötən bayram günlərində də təcili yardım həkimləri gücləndirilmiş iş rejimində işləyiblər. Xəstəxanalar, poliklinikalar işləmədiyi üçün bir az narahatlığı olanlar da təcili yardım həkiminə müraciət edirlər. Bu səbəbdən də, çağırışların sayında 10-12 faiz artım olub”, - deyə Oqtay Şahmalıyev bildirib.

Qurum rəsmisi bildirib ki, bayram günərində ciddi hadisə olmayıb. Əsas müraciətlər ürək, qan-damar xəstəliklərindən əziyyət çəkənlərdən olub. O cümlədən təzyiqli insanlar üçün çağırışlar edilib. "Şükürlər olsun ki, qida zəhərlənməsilə bağlı elə də ciddi, təhlükəli vəziyyət olmayıb”./anspress/

 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar