Bayram ərəfəsində dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunacaq
15.03.2017 736 0.0 0

«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin kollektivi Novruz bayramı ərəfəsində  gücləndirilmiş iş rejimində çalışacaq.

 

QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova APA-ya bildirib ki, SDərnişin daşımaları Departamentinin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər görür. Bayram ərəfəsində sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 20-25, bəzən də 30 ədəd əlavə vaqonun qoşulması təmin ediləcək: “Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir”.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar