Bayram günlərində gözlənilən hava məlumatı açıqlanıb
19.03.2022 500 0.0 0

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Bakıda və Abşeron yarımadasında bayram günlərində gözlənilən hava məlumatını açıqlayıb.

Qazeta.info bayram günləri üçün verilən proqnozu aşağıda oxucuların diqqətinə təqdim edir.

Martın 20-də
Arabir yağıntılı olacağı gözlənilir. Abşeron yarımadasının bəzi ərazilərində sulu qara keçəcəyi ehtimalı var. Şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, axşam yarımadanın bəzi yerlərində arabir 28-30 m/s-dək güclənəcək.

Havanın temperaturu gecə və gündüz 2-5° isti olacaq.


 

Martın 21-də

Dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcək, səhər şimal-şərq küləyi 8-13 m/s.

Havanın temperaturu gecə 1-3° isti, gündüz 6°-dək isti olacaq.

 

Martın 22-də

Arabir yağıntılı olacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.

Şimal küləyi 10-15 m/s, gündüz arabir 18-23 m/s-dək güclənəcək.

Havanın temperaturu gecə 2-4° isti, gündüz 6°-dək isti olacaq.

 

Martın 23-də

Dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var.

Şimal-qərb küləyi 15-20 m/s-dək güclənəcək, gündüz şimal-şərq küləyi 8-13 m/s.

Havanın temperaturu gecə 2-4° isti, gündüz 6-8° isti olacaq.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar