BATUT GİMNASTİKASI - yaddaqalan məqamları ilə
27.06.2015 595 0.0 0
Bakı 2015 çərçivəsində keçirilmiş batut gimnastikası yarışlarının ümumi icmalı

Birinci Avropa Oyunları zamanı 17 iyun tarixində Milli Gimnastika Arenasında batut gimnastikası üzrə yarışlar keçirildi.

Qazeta.info Bakı 2015 birinci Avropa Oyunları Təşkilat Komitəsinə istinadla bildirir ki, ilk müasir batut gimnastikası 1936-cı ildə yaradılıb. 1964-cü idə isə artıq bu idman növü üzrə dünya çempionatı baş tutub.

Batutun olimpiya tarixinə nəzərə salsaq, ilk dfə 2000-ci il Sidney Olimpiya Oyunlarında gimnastikanın bu növü üzrə mübarizə keçirilib.

İndi isə Bakı 2015 ilk Avropa Oyunları çərçivəsində keçirilmiş batut gimnastikası üzrə yarışlarla əlaqədar bəzi əsas məlumatlarla tanış olun:

 

 

İştirakçı sayı – Batut gimnastikası üzrə oyunlarda ümumilikdə 53 idmançı iştirak edib. 

Medallar – Bakı 2015-də gimnastikanın bu növü üzrə 4 medal dəsti təqdim olunub. Qadınlar və kişilər arasında həm fərdi batut, həm də sinxron hərəkətlər üzrə çıxışlar üçün medallar verilib.

 

TİTULLU İDMANÇILARI

 

Belarusdan Hanna Harçonak – dünya çempionatının ikincisi, Avropa çempionu.

Böyük Britaniyadan Katerina Driskol - 2014-cü il Avropa çempionatının ikincisi, komanda yarışında çempion, dünya çempionatının dördüncüsüdür, yerli çempionatın qalibidir.

Belarusdan Uladislau Hançarou – ABŞ-da keçirilmiş 2014-cü il dünya çempionatında bürünc medalçısıdır.

Böyük Britaniyadan Lyuk Stronq –Avropa çempionatının bürünc medalçısıdır.

Rusiyadan Dmitri Uşakov - Avropa çempionatının gümüş medalçısıdır, London 2012-nin ikincisidir.

 

 

MARAQLI MƏQAMLAR

 

* Avropa Oyunlarının medalçısı, tanınmış gimnast Katerina DriskolUN (Böyük Britaniya) gimnastikada uğurları yetərincədir. Amma çox az adam bilir ki, o, ayrı növ idmanda yarışmaq arzusundadır. Belə ki, Katerina Formula 1 yarışlarında iştirak etməyi diləyir. “Kişilərin üstünlük təşkil etdiyi bu yarışların bir hissəsi olmaq istəyirəm” deyən Katerina nə vaxtsa bu idmanda da medal qazanacağına inanır.

* Britaniyalı Laura Qallaqer isə Bakıya gəlmək üçün böyük məşəqqətlərdən keçib. Belə ki, 26 yaşlı bu idmançı keçən il məşq edərkən belini əzib, 9 ay yataqda qalıb. Sonra psixoloji depressiya yaşayıb. Bakıya gəlmək üçün Qallaqer hər şeyə sıfırdan başlamalı olub.

 

REKORD

 

Rusiyalı gimnast, Olimpiya medalçısı Dmitri Uşakov oyunlarda eyni gündə iki qızıl medal qazanıb. O, həm fərdi, həm də sinxron yarışların finalında birinciliyi əldə edib.

 

QALİBLƏRİN SİYAHISI

 

KİŞİLƏR

Fərdi batut gimnastikası:

Dmitriy Uşakov (Rusiya) qızıl,
Uladislau Hançarou (Belarus) - gümüş
İlya Qrişunin (Azərbaycan) - bürünc

Sinxron hərəkətlər üzrə final:

Mixail Melnik / Dmitriy Uşakov (Rusiya)  - qızıl
Uladislau Hançaru / Mikalay Kazak (Belarus) - gümüş
Martin Qromovski / Kirilo Sonn (Almaniya) - bürünc

QADINLAR

Tramplin üzrə fərdi yarış:

Yana Pavlova (Rusiya) – qızıl
Katerina Driskol (Böyük Britaniya) - gümüş
Hanna Harçonak (Belarus) - bürünc

Sinxron hərəkətlər üzrə final:

Yana Pavlova / Anna Kornetskaya (Rusiya) - qızıl
Marine Jubert / Joli Vallez (Fransa) - gümüş
Ana Rente / Biatriz Martins (Portuqaliya) - bürünc

MEDAL ALAN ÖLKƏLƏRİN SİYAHISI 

Rusiya - 4 qızıl
Belarus - 3 medal (2 gümüş, 1 bürünc)
Fransa- 1 gümüş
Böyük Britaniya - 1 gümüş 
Azərbaycan- 1 bürünc
Almaniya - 1bürünc
Portuqaliya - 1 bürünc 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar