BAŞI KƏSİLƏN JURNALİSTİN 4 İL ÖNCƏ PAYLAŞDIĞ BU YAZI DÜNYA GÜNDƏMİNİ ZƏBT ETDİ
03.02.2015 740 0.0 0

IŞİD-in bir neçə gün  əvvəl edam görüntülərini yaydığı iki Yapon jurnalistdən biri olan 47 yaşındakı Kenji Gotonun twitter səhifəsində 4 il əvvəl paylaşdığı yazı ictimai mediada paylaşma rekordları qırır.

Talehsiz jurnalistin ictimai media səhifəsində Fransız şərabından bəhs edir, yorğun gözlərindən şikayət edib və Suriyadakı həyatından yazıb.

IŞİD  terrorçuları tərəfindən başı kəsilərək qətl olunan jurnalistin yazdığı bir mesaj xüsusilə özünün necə bir xarakterə sahib olduğunu və yaşadığı ölkədəki insanlar haqqındakı fikirlərini yekunlaşdırır.

"Mən ərəb qardaşlarımın ..."
7 Sentyabr 2010-ci il tarixli yazısında: "Gözlərimi yumuram və tərpənmirəm. Hirslənib ya da bağırarsan bu hər şeyi bitirər. Bu dua kimi bir şey. Nifrət insanlar üçün deyil. Ancaq tanrı mühakimə edə bilər. Mən ərəb qardaşlarımdan bunu öyrəndim "Bazar ertəsi günü 20.000 twit olunan Gotonun twitter səhifəsindəki bu mesaj bir çox istifadəçi tərəfindən paylaşılıb.

Dözümlülük və tolerantlıq ifadələri ehtiva edən bu mesaj Yapon twitter istifadəçiləri tərəfindən, Gotonun Sierra Lion, Əfqanıstan və İraqda uşaqların çəkdiyi acı üzərinə verdiyi xəbərlərə olan heyranlıq ifadələri ilə birlikdə paylaşılır. Gotonun son atdığı tweet isə Oktyabr ayında olub.Həmin  twitter səhifəsinin Gotoya aid olduğu yoldaşı Toshi Maeda tərəfindən də təsdiq edilib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar