Baş Prokurorluqdan Cahangir Hacıyevin həyat yoldaşının həbsi xəbərinə REAKSİYA
11.06.2016 1131 0.0 0

Baş Prokurorluq Azərbaycan Beynəlxalq Bankının hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın barəsində həbs-qətimkan tədbiri seçildiyi barədə xəbərlərə münasibət bildirib.
  
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, Z.Hacıyevanın barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı KİV-lərdə gedən xəbərlər həqiqəti əks-etdirmir.
 
Qeyd edək ki, bu barədə xəbəri “bastainfo” saytı yayıb. Saytın xəbərinə görə, Zamirə Hacıyevanın həbs olunması barədə qərar Nərimanov Rayon Məhkəməsində iyunun 1-də çıxarılıb. Xəbərdə bildirilir ki, Z. Hacıyeva korrupsiyada – Beynəlxalq  Bankdan sənəd təqdim etmədən kredit kartı götürməkdə  və həmin kartdan müxtəlif postterminallar və internet ödənişlər vasitəsilə ümumilikdə 18 min manat pul çıxarmaqda ittiham olunub./lent.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar