Baş Prokurorluq Masallıda baş vermiş yol qəzası ilə bağlı məlumat yayıb
26.11.2016 1034 0.0 0

Masallı rayon Polis Şöbəsi və rayon Prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində rayon ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçmış sürücü müəyyən edilərək tutulub.

 

Qazeta.info bildirir ki, Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 24 noyabr 2016-ci il tarixdə, saat 19 radələrində Masallı rayonu Kolatan kənd sakini Tahirov Seymur Ağaşir oğlu idarə etdiyi “Mercedes-Benz” markalı, 90-CZ-584 dövlət qeydiyyat nişanlı avtomobillə rayonun Ərkivan qəsəbəsi ərazisində hərəkətdə olarkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq yolu keçən piyadalar - Əhmədov Nəsimi Əhmədağa oğlunu və Fərzəliyev Ziyafət Tarverdi oğlunu vuraraq hadisə yerindən qaçması və sonuncunun hadisə yerində ölməsində əsaslı şübhələr olduğundan faktla bağlı rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

 

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində S.Tahirov tutularaq istintaqa cəlb olunub.

 

S.Tahirov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələrində nəzərdə tutulan ittiham elan olunub və rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

 

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar