Baş prokurordan `MTN işi` barədə açıqlama- `İstintaq 280 epizod üzrə aparılır`
01.10.2016 835 0.0 0

"Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları haqqında Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində istintaq davam etdirilir".

Məlumata görə, bunu baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bütövlükdə istintaq 280 epizod üzrə aparılır: "Cinayət işinin biri məhkəməyə göndərilib, digərləri ilə bağlı isə istintaq davam etdirilir. İstintaqın nəticəsində hansı şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdırsa, onlar məsuliyyətdən kənarda qalmayacaqlar"./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar