Baş nazirin müavini: Türkiyə nəticədən asılı olaraq kəskin addımlar atacaq
20.09.2017 529 0.0 0

"Türkiyənin İraqın şimalındakı kürd müxtar bölgəsinin sentyabrın 25-də "müstəqillik"lə bağlı referendum keçirməsi məsələsində mövqeyi qətidir və bu qərarın ləğv olunmasını gözləyir". 

Bunu yerli bürosuna açıqlamasında Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ bildirib. 

Onun sözlərinə görə, İraqın şimalındakı kürd müxtar bölgəsinin başçısı Məsud Bərzani odla oynayır: "Bu od hər kəsi yandıracaq. Təbii ki, İraqın şımalında yaşayan kürdlərə daha çox ziyan vuracaq. Ona görə də referendum keçirmək israrlarından əl çəkməyə çağırırıq".

B.Bozdağ deyib ki, referendum qərarı İraqın təhlükəsizliyinə böyük təhdiddir: "İraqda yalnız kürdlər yaşamır, burada türkmənlər və digər etniklər də var. Belədə İraqda yaşayan hər kəsin həyatı təhlükə altındadır. Bu qərar Məsud Bərzaninin də xeyrinə olmayacaq. Türkiyə bu məsələdə ilk gündən öz mövqeyini ortaya qoyub. Sadəcə Türkiyə deyil, İran, Avropa ölkələri, BMT-də belə bir referendumun keçirilməsinə qarşıdır. Ümumiyyətlə, İraqda cərəyan edən bütün hadisələr Türkiyənin beynəlxaq təhlükəsizliyini təhlükə altına qoyur. Ona görə də referendum məsələsinə çox həssas yanaşırıq". 

Baş nazirin müavini qeyd edib ki, sentyabrın 22-də Ankarada Türkiyə Milli Təhlükəsizlik Şurasının və Nazirlər Kabinetinin iclası keçiriləcək, qərarlar qəbul olunacaq: "Türkiyə hər cür addıma qarşı alternativlər hazırlayacaq, çünki başqa cür ölkənin sabitliyini qoruya bilmərik. Bizim mövqeyimiz qətidir, referendum qərarının ləğvini gözləyirik. Türkiyə nəticədən asılı olaraq kəskin addımlar atacaq"./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar