Baş nazirin müavini: `Son iki ildə sahibkarlıqla məşğul olan qadınların sayı 2 dəfə artıb`
25.04.2017 638 0.0 0

"Son zamanlar Azərbaycan qadınları arasında iqtisadi fəallığın artması meyli müşahidə olunur. Hətta bu sahədə ciddi artım var. Belə ki, son iki il ərzində sahibkarlıqla məşğul olan qadınların sayı 2 dəfə artıb".
"Report" xəbər verir ki, bunu baş nazirin müavini Əli Əhmədov deyib.
O güman edir ki, bu tendensiya gələcəkdə də bu templə davam edəcək: "Bununla da sahibkarlığın inkişaf etməsinə qadınlar öz töhfəsini verəcəklər. Qadınların iqtisadi fəallığının artması müsbət haldır. Onların cəmiyyətdə rolunun artmasına önəm veririk. Qadınların ictimai-siyasi həyatda, eləcə də iqtisadi həyatda nüfuzunun artması yerinə yetirdiyi funksiyaların ciddi şəkildə dəyişməsinə gətirib çıxaracaq. İnanırıq ki, bütün ölkələrdə olduğu kimi Azərbaycan qadınları daha əhəmiyyətli rolları üzərinə görürməyə hazırdılar.
Qadın sahibkarlığı cəmiyyət üçün ən vacib, aktual məsələdir. Gender bərabərliyinin qorunması qadınların iqtisadi müstəqilliyi ilə əlaqəlidir. Qadın sahibkarlığının inkişaf etdirilməsi vacibdir. Cəmiyyətdə iqtisadi fəallığın yüksəlməsinə zəmin yaradan amillərdən biri də budur. Azərbaycanda qadın sahibkarlığı üçün ciddi əsaslar yaradılıb. Hüquqi əsasların yaradılması, qadın sahibkarlara güzəştli kreditlərin verilməsi və digər bu sahədə atılan addımlar buna bariz nümunədir".


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar