Baş nazirin müavini: `Ermənilər cəbhədə törətdikləri təxribata görə peşman olacaqlar`
25.02.2017 3739 0.0 0

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini- icra katibi Əli Əhmədov ötən gündən başlayaraq ermənilərin cəbhədə vəziyyəti gərginləşdirməsinə və Azərbaycan ordusunun mövqelərinə hücum etməsinə münasibət bildirib. 
Məlumata görə, Ə.Əhmədov jurnalistlərə açıqlamasında deyib ki, ermənilərin müxtəlif bəhanələrlə cəbhədə tez-tez təxribatlar törətməsi ilk dəfə baş vermir: “Təəssüf hissi ilə qeyd edirəm ki, erməni tərəfi təxribatlar törətmək vərdişindən əl çəkməyib. Heç görünür əl çəkmək də istəmirlər. Bu günə qədər ermənilər təxribatlar vasitəsilə aranı qarışdıraraq öz niyyətlərinə çatmağa cəhdlər göstəriblər”.
O bildirib ki, cəbhədə belə bir təxribatın məhz Xocalı soyqırımının 25-ci ildönümü ərəfəsində törədilməsi ermənilərin təxribatç,ı araqarışdıran xislətindən xəbər verir: “Qəti inanıram ki, Azərbaycan ordusu, qəhrəman əsgərləri həmişə olduğu kimi indi də erməni təxribatına layiqli cavab verəcəklər. Ermənilər də itkilər verərək törətdikləri təxribata görə peşmanlıq hissləri keçirəcəklər. Azərbaycan ordusu kifayət qədər güclü və qətiyyətlidir, döyüş qabiliyyəti yüksəkdir. Ordumuz nəinki hansısa bir təxribatlara, eləcə də daha geniş miqyaslı döyüşlərə və bu döyüşlərdən qalib çıxmağa hazırdır”./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar