Baş nazir yol qəzasına düşdü- Video
11.02.2017 1504 0.0 0

 

 

Polşanın baş naziri Beata Şidlo avtomobil qəzasına düşüb.

 

Yol qəzasında xəsarət alan Polşanın baş naziri Beata Şidlo helikopterlə Varşavanın hərbi hospitalına çatdırılıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, baş nazirin vəziyyətinin stabil olduğu bildirilir.

 

Bununla belə hakim "Hüquq və ədalət" partiyasının sədri Yaroslav Kaçinski baş nazirin ciddi xəsarət aldığını bəyan edib. Qəza zamanı B.Şidlodan başqa sürücü və mühafizəçilərdən biri zərər çəkib.

 

Qeyd edək ki, Beata Şidlonun kortejinin iştirakı ilə yol-nəqliyyat hadisəsi Krakov şəhəri yaxınlığında baş verib. 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar