Tarix: 03.12.2016,   Saat: 06:20, Şənbə.          

Baş katib NATO-nun kəşfiyyat rəhbərinin görəcəyi işləri açıqlayıb

"Ukrayna, Gürcüstan, İraq və Suriya alyansın təhlükəsizliyinə aid zona olduğundan vahid kəşfiyyat qurumunun yaradılması vacibdir".

Gürcüstan KİV-inə istinadən xəbər verilir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq alyansa üzv dövlətlərin müdafiə nazirlərinin sammiti qabağı keçirdiyi mətbuat konfransında bildirib.

"NATO adaptasiyaya həmişə hazır olmalıdır. Biz daha təhlükəli vəziyyət müşahidə edirik. Rusiyanın şərqdə fəaliyyətini görürük, cənubda zorakılıq müşahidə edirik, İŞİD-in İraqda və Suriyada əməliyyatlarını görürük. Bütün bunların hamısı NATO sərhədlərində baş verir", - deyə Yens Stoltenberq vurğulayıb.

Məlumata görə, baş katib bir müddət əvvəl qurumda yeni vəzifənin - Şimali Atlantika Alyansı kəşfiyyatının başçısı postunun yarandığını elan edib. Almaniyanın təmsilçisi bu qurumun rəhbəri olacaq. "The Wall Street Journal"ın yazdığına əsasən, onun adı Arndt Freytaq fon Lorinqxovendir. O, əvvəllər Almaniya kəşfiyyat qurumu başçısının müavini işləyib.

Yens Stoltenberq isə mətbuat konfransında onun adını çəkmədiyini bildirib. /report/



  Bölmə: Dünya | Baxış sayı: 146 | Tarix: 25.10.2016, 15:53


Xəbərlər