Barselonanın mərkəzində etiraz aksiyası başlayıb
21.10.2019 431 0.0 0

Bu gün axşam minlərlə insan növbəti etiraz aksiyası üçün Barselona mərkəzinin yaxınlığında toplanıb.

Məlumata görə, polis kordonu ilə etirazçı kütlə arasında metal hasar quraşdırılıb.

İnsanlar əllərində zibil ilə dolu plastik torbaları hasarın üstündən atmaq üçün gəzdirirlər.

Hal-hazırda mitinq nisbətən sakit bir şəraitdə keçir, izdiham siyasi məhbusların sərbəst buraxılmasına çağırışlar edir./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar