Barselonada terror aktı törədilib, 13 nəfər ölüb- Video
17.08.2017 848 0.0 0

İspaniyanın Barselona şəhərində naməlum şəxsin idarə etdiyi yük maşınının kütləyə çırpılması nəticəsində 13 nəfər ölüb.

 

APA-nın xəbərinə görə, bu barədə  İspaniyanın “Cadena SER” radiostansiyası polisə istinadən məlumat yayıb.

 

“El Pais” nəşri də Kataloniya polisinə istinadən məlumatı təsdiq edir.

 

Məlumata görə, sürücü insidentdən sonra restorana hücum edərək oradakı insanları girov götürüb. Polis əməkdaşları hadisə yerini mühasirəyə alıblar.    

 

 

***** 20.45

 

İspaniyanın Barselona şəhərində naməlum şəxsin idarə etdiyi furqon tipli yük avtomobili kütləyə çırpması nəticəsində 1 nəfər ölüb, azı 20 nəfər xəsarət alıb. APA-nın xəbərinə görə, sürücü insidentdən dərhal sonra hadisə yerindən qaçıb.

 

Polis hadisəni terror aktı adlandırıb.

 

Hadisə yerinə xeyli polis əməkdaşları və həkim briqadaları cəlb edilib.  

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar