Barelyefi ABŞ-ın Nümayəndələr Palatasından asılmış TÜRK - FOTO
06.11.2016 1100 0.0 0

Bu gün doğum günü olan Osmanlı hökmdarı Sultan I Süleymanla bağlı bir sıra maraqlı faktlar mövcuddur.

Bildirək ki, ABŞ Nümayəndələr Palatasının interyerini hökmdarın bu barelyefi bəzəyir.

Qeyd edək ki, onun daşıdığı titullar bunlar olub: “Sultanlar sultanı”, “Xanlar xanı”, “Peyğəmbər ordusunun sərkərdəsi”, “Müqəddəs Məkkə və Mədinə şəhərlərinin hamisi”, “İstanbul, Ədirnə, Bursa şəhərlərinin, Dəməşqin və Qahirənin, (bəzi mənbələrdə guya bütün Azərbaycanın) Hələbin, Qüds və bütün Ərəbistanın, İraqi-Əcəm və İraqi-Ərəbin, Anadolunun, Bağdadın, Yunanıstanın, Tatarıstanın, Gürcüstanın, Kabardanın, Krım və macar torpaqlarının padşahı”.

Barelyefin altında Sultan Süleyman ilə bağlı olan qaydalar, habelə “Qanuni” təxəllüsünü qəbul edərək tarixə düşdü və ölümsüzləşdi” – sözləri qeyd edilib. Qeyd edilir ki, Sultan Süleyman Qanuni Osmanlı İmperiyasının ən məşhur sultanlarından biridir: “O, türk tarixində “Qanuni”, Avropa tarixində isə daha çox “Möhtəşəm” adıyla anılır. Sultan Süleyman 15 milyon kvadrat kilometr sahədən artıq, 21 əyaləti özündə birləşdirən dövləti idarə edib və bu imperiya dünyaya hökmranlıq edib.

Qeyd edək ki, Qanuninin portretini məşhur heykəltəraşlardan olan Yozef Kiselevski hazırlayıb./publika.az/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar