Barak Obamanın Qazaxıstanda kəndi ortaya çıxdı - FOTO
25.11.2016 806 0.0 0

Şərqi Qazaxıstanda yerləşən Barak Batır kəndi internet istifadəçilərinin diqqətini cəlb edib.

Qazeta.info Publika.az-a istinadən xəbər verir ki, kəndin girişində qurulmuş lövhədə ABŞ prezidenti Barak Obamanın portreti yerləşdirilib.

Portalın yazdığına görə, portret elə təəssürat yaradır ki, kəndə ABŞ prezidentinin adı verilib.

Qeyd edilir ki, əhalinin sayı 800 nəfər olan kənd 2009-cu ilə qədər Darstvennoe adlanırdı. Daha sonra Qazaxıstan milli-azadlıq hərəkatının rəhbərlərindən biri olan Barak Satıbaldıulının şərəfinə kəndin adı dəyişdirilib.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar