Barak Obama Vyetnama səfər edib
22.05.2016 641 0.0 0

ABŞ prezidenti Barak Obama Vyetnam Sosialist Respublikasına səfər edib. Xarici mətbuata istinadən xəbər verilir ki, Ağ Ev başçısının səfərinin rəsmi hissəsi bazar ertəsi başlanacaq və mayın 25-ə qədər davam edəcək.

Səfərdə onu dövlət katibi Con Kerri müşayiət edir. ABŞ prezidentinin səfər proqramına Vyetnam prezidenti Çan Day Kuanq, Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Nquen Fu Çonqom, baş nazir Nquen Suan Fukla və digər rəsmi şəxslərlə görüş daxildir.

İki ölkənin rəhbərliyi arasında danışıqların əsas mövzusu ticarət-iqtisadi, həmçinin təhlükəsizlik və humanitar sahələrdə əməkdaşlıq məsələləri olacaq.

Obama bununla ikitərəfli münasibətlərin normallaşmasından sonra Vyetnama səfər edən üçüncü ABŞ prezidentidir. 2000-ci ildə bu ölkəyə Bill Klinton, 2006-cı ildə Corc Buş səfər edib./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar