Baloğlan Əşrəfov qəzaya düşdü-VİDEO
26.09.2015 1195 0.0 0

Azərbaycanın əməkdar artisti Baloğlan Əşrəfov yol qəzasına düşüb.

Bu barədə APA-ya müğənninin özü məlumat verib.
 
O bildirib ki, hadisə bu gün saat 14.30 radələrində Biləsuvar rayonu ərazisində qeydə alınıb. Müğənninin idarə etdiyi “Land Cruiser” markalı avtomobil “Hyundai” markalı minik maşını ilə toqquşub.
 
B. Əşrəfov qeyd edib ki, qəza nəticəsində yüngül xəsarət alıb: “Hər şey yaxşıdır narahatlığa əsas yoxdur”.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar