Balidə 30 min nəfər evini tərk edib - Vulkan aktivləşir
22.11.2017 777 0.0 0

İndoneziyanın Bali adasında Aqunq vulkanının püskürməsi təhlükəsi ilə əlaqədar təqribən 30 min insan öz evini tərk edib.

Məlumata görə, İndoneziyanın Vulkanik aktivliyin araşdırılması üzrə Mərkəzi yerli sakinləri və turistləri sakitliyə riayət etməyə çağırıb. Mərkəz hələ təhlükənin səviyyəsini qaldırmaq niyyətində deyil.

Vulkan ötən gün aktivləşməyə başlayıb, təxminən 700 metr hündürlüyə kül püskürür.

Xatırladaq ki, Aqunq sonuncu dəfə 1963-cü ildə püskürüb. Həmin vaxt mindən çox insan təbii fəlakətin qurbanı olmuşdu./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar