Balaxanı-Binəqədi avtomobil yolunun bir hissəsi 4 gün bağlı olacaq
14.08.2017 603 0.0 0

 Sabahdan Binəqədi rayonunda Balaxanı-Binəqədi avtomobil yolunun kəsişməsindən Mehdiabad-Digah yolunun kəsişməsinədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. 

"Azəravtoyol" ASC-nin mətbuat xidmətindən daxil olan məlumata görə, bu, aparılacaq təmir işləri ilə əlaqədar olaraq, tətbiq ediləcək.

"Sözügedən avtomobil yolunda məhdudlaşdırma təmir işləri bitənədək, yəni 4 gün, avqust ayının 19-na kimi qüvvədə olacaq. Sürücülərdən alternativ yol kimi Zabrat-Məhəmmədi-Pirşağı avtomobil yolundan istifadə tövsiyə edilir", - deyə məlumatda əlavə olunub./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar