Balakəndə məscidlərin nəzir qutuları qarət edilib
21.11.2017 764 0.0 0

Balakəndə kənd məscidlərinin nəzir qurularını qarət edən şəxslər tutulub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 10-da rayon ərazisindəki mağazalardan birindən danışıq kartları oğurlamaqda şübhəli bilinən rayon sakinləri Mehman Gəncəyev, Tural Lelimadov və Kamran Muradov saxlanılıblar. 
 

Onların cari ilin sentyabr-noyabr ayları ərzində rayon ərazisində daha 1 evdən, 3 mağazadan pul, ərzaq məhsulları, danışıq kartları, habelə Qazma, Qabaqçöl, Mahamalar, Kortala, Meşəşambul və Şambul kənd məscidlərində olan nəzir qutularından pul oğurlamaları da müəyyənləşib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar