«Balaca Heydəri prezident seçək» – İlham Əliyevin müşavirəsində maraqlı anlar – VİDEO
20.09.2016 1544 0.0 0

Xəbər veriyimiz kimi Prezident İlham Əliyev Sabirabadda pambıqçılığın inkişafına dair müşavirə keçirib.

Qazeta.info Azərbaycan 24 -a istinadla xəbər verir ki, müşavirədə veteran pambıqçılar Prezidentin övladı Heydər Əliyevi prezident kimi görmək istədiklərinə dair təkliflər səsləndiriblər. Həmin hissəni yazılı və video olaraq təqdim edirik.

Çıxış edən Kamilxan Rüstəmova: “…Mən Sizə minnətdaram. Mən Heydər Əliyev ailəsindən başqa dövlət başçısı görmürəm, görmək istəmirəm. Yaşım 70-ə çatıb, bəlkə əcəl macal vermədi. Arzum budur ki, İlham Əliyev bu ölkəni daha da çiçəkləndirsin, 90 il Prezident olsun, balaca Heydəri Prezident seçək.

Diqqətinizə görə minnətdaram. Hamınızı öpürəm”

Fatma Hüseynova: “…O gün olsun, Allah mənə ömür versin ki, balaca Heydəri prezident görüm. Mən onu Heydər Əliyev deyib çağıranda bəlkə də yaşım azalacaq. Vicdan haqqı, ürəkdən deyirəm.”

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar