Bakının tıxac dərdinə son qoyulur (VİDEO)
09.05.2015 759 0.0 0

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi Avropa Oyunlarından sonra da küçə və prospektlərdə tıxacların yaşanmaması üçün bir sıra tədbirlər planı hazırlayıb.

ANS TV-nin məlumatına görə, bu barədə elə mərkəzin əməkdaşı Şəfa Mehmanqızı məlumat verib:

“Ümumilikdə götürdükdə əslində konkret küçə və prospektlərlə bağlı müəyyən çətinliklərimiz var. Belə ki, bəzi səbəblərə görə, müəyyən vaxtlarda həmin küçə və prospektlərdə dəyişilik etmək mümkün olmur. Mütəmadi olaraq nəqliyyatın ən sıx olduğu küçə və prospektlərdə qeydə alınan statistik məlumatlar toplanaraq mütəxəssislər tərəfindən araşdırılır.

Aparılan araşdırmalar zamanı küçə və prospektlərdə quraşdırılan işıqforlarda bir dəyişikliyin, yəni işıqforun yaşıl işığının yanma vaxtını artırmağa ehtiyacı varsa, o zaman həmin işıqforda dəyişiklik edilir ki, məhz nəqliyyat axını dayanmasın"./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar