Bakının ən böyük prospektlərindən biri nəqliyyatın hərəkəti üçün bağlanıb
17.10.2016 718 0.0 0

Bakının ən böyük prospektlərindən biri nəqliyyatın hərəkəti üçün bağlanıb.

 

Qazeta.info APA-nın məlumatına əsasən bildirir ki, buna aramsız yağan yağışlar səbəb olub. Belə ki, yağışlar nəticəsində Ziya Bünyadov prospektində tunellər su ilə dolub. Bu səbəbdən də prospektin böyük bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

 

Bakı Nəqliyyat Agentliyindən Z. Bünyadov prospektində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulması xəbərini təsdiqləyiblər. Bildirilib ki, hava şəraiti ilə əlaqədar Z. Bünyadov prospektinin bir hissəsində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb. Nəticədə prospektdə hər iki istiqamətdə sıxlıq müşahidə olunur. Hazırda aidiyyəti qurumlar nəqliyyatın hərəkətinin bərpa edilməsi istiqamətində zəruri tədbirlər görür.

 

Agentlikdən həmçinin bildirilib ki, həmin istiqamətdə hərəkət edən sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar