Bakının ən böyük prospekti bağlanır
03.05.2017 759 0.0 0

Mayın 8-də "10-cu zavod dairəsi"ndən Heydər Əliyev prospekti ilə aeroport istiqamətində metronun "Koroğlu" stansiyasından keçməklə Sabunçu dairəsinə qədər yolun hər iki istiqamətində avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq.

 

Bu barədə açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bildirib.

 

V. Əsədov deyib ki, IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ilə əlaqədar həmin gün təlim-məşqlərə start veriləcək: “Bu yollarda məhdudiyyət həmin gün günorta saatlarından axşama saatlarına qədər davam edəcək”./apa/


Digər xəbərlər:
Şərhlər
avatar