Bakının bu ərazilərin Ərəb şeyxləri alıb? Plana düşdüyü deyilən yeni ərazilər
11.02.2016 673 0.0 0

Bakının Nərimanov rayonunun plana düşən ərazilərinin böyük hissəsini ərəb şeyxləri alıblar.

Qazeta.info bildirir ki, bu barədə məlumatı Milli.Az-a rayon sakinləri bildiriblər. Şərti adı İlhamə Hüseynova və onun kimi bir neçə Nərimanov rayon sakininə 31 saylı "jek"dən adı çəkilməyən məsul şəxslər bildiriblər ki, artıq onlar "Çermet" adlanan ərazinin böyük bir hissəsindəki və Dərnəgül körpüsünün ətrafındakı fərdi yaşayış və bina evlərinə cavabdeh deyillər. Onların verdikləri məlumata görə, plana düşən bu əraziləri artıq ərəblər alıblar.

Onu da qeyd edək ki, plana düşən mənzillərin kvadratmetrinə görə rayon sakinlərinə 1200 manat təklif olunacağı bildirilib.

Sorğu zamanı rayon ərazisində bu faktı ev alqı-satqısına baxan bir neçə şəxs də təsdiq edib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar