Bakının bir neçə küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır
21.06.2017 663 0.0 0

Paytaxt Bakıda yolların və piyada keçidlərinin yol-cizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir.

 

"Azəravtoyol” ASC-dən verilən məlumata görə, bu gün axşam saat 22:00-dan etibarən Nəsimi rayonu, Şövkət Səfərəliyeva küçəsindən Üzeyir Hacıbəyov küçəsinin kəsişməsinə kimi üfüqi nişanlanma xətlərinin rənglənmə işləri aparılacaq.

 

Adıçəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırılacaq.

 

Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar