Bakının bəzi hissələrində su olmayacaq
18.05.2016 615 0.0 0

Yol infrastrukturunun yenidən qurulması ilə əlaqədar Azadlıq prospekti və Cəfər Xəndan küçələrində yeni çəkilmiş su xətləri mövcud şəbəkəyə birləşdirilir.
 
“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bununla əlaqədar mayın 19-da saat 09:00-dan etibarən gün ərzində Azadlıq prospekti 161a-191 və Cəfər Xəndan küçəsi 26-28 ünvanlarına içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
 
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar