Bakıdan-İstanbula uçuşlar təxirə salındı
19.02.2015 1060 0.0 0

Azərbaycan Hava Yolları” QSC-dən (AZAL)  verilən məlumata görə, bu gün Bakıdan İstanbulun Atatürk hava limanına 09:45 və 17:15 radələrində həyata keçirilməsi nəzərdə tutulan aviareyslər təxirə salınıb.
 
 Türkiyənin “Anadolu” agentliyini xəbər verir ki, “Türk Hava Yolları” (THY) aviaşirkəti İstanbulda hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar 800 daxili və beynəlxalq aviareysi ləğv edib.
 
Şiddətli qar İstanbulda yolların buz bağlanmasına səbəb olub və Atatürk hava limanının işini iflic edib.
 
Bir sıra ərazilərdə qar örtüyünün hündürlüyü 60 santimetrə çatıb. Kommunal xidmətlər  yolları təmizləməyə çalışsalar da, bir çox yollarda tıxaclar yaranıb, ictimai nəqliyyatın fəaliyyəti qismən dayandırılıb.
 
Qeyd edək ki, təxirə salınan aviareyslərin 6500-ə yaxın sərnişini otellərdə yerləşdirilib, 15 minə yaxın sərnişinə isə hava limanı daxilində xidmət göstərilir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar