Bakıdakı 3 min avtobus sürücüsündən 461-i əvvəllər məhkumluq həyatı yaşayıb
12.01.2018 832 0.0 0

"Keçən ildən sürücü bazası yaradılıb və orada adı olan 3000-dən çox sürücü ilə bağlı Daxili İşlər Nazirliyi və digər aidiyyəti orqanlara müraciət olunub".

Qazeta.info “Report” -a istinadla xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin baş direktorunun müşaviri Mübariz Abbasov daşıyıcılarla görüşdə deyib.

Onun sözlərinə görə, Daxili İşlər Nazirliyindən BNA-ya cavab gəlib: "Agentliyə daxil olan məlumatda 3008 sürücünün 461-nin məhkumluq həyatı yaşadığı qeyd olunub. Bu məsələ əlaqədar daşıyıcılar BNA ilə birgə araşdırma aparacaq. Məhkumluğun növünə görə yekun qərar qəbul olunacaq".

M.Abbasov əlavə edib ki, bu ilin 3-6 ayı ərzində 700 nəqliyyat vasitəsi nağdsız ödəniş sistemi keçiriləcək. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar