Bakıda zəncirvari yol qəzasında 4 nəfər xəsarət alıb- FOTO
25.10.2016 473 0.0 0

Bakıda ağır zəncirvari yol qəzası baş verib, 4 nəfər xəsarət alıb.

 

Məlumata görə, hadisə Fətəli xan Xoyski və Əhməd Rəcəbli küçələrinin kəsişməsində baş verib.

 

İki küçənin kəsişməsində “Jeep”, VAZ-2107 və iki “Mercedes” markalı avtomobil toqquşub. Qəza nəticəsində avtomobillərdə olan 4 nəfər xəsarət alıb. 1 saylı Şəhər Kliniki Xəstəxanasından verilən məlumata görə, ora qəza zamanı xəsarət alan iki nəfər aparılıb. Bunlar Ruqiyyə Dadaşova və Nicat Ağamalıyevdir. Digər iki yaralı isə özəl xəstəxanalara aparılıb.

 

İlkin məlumata görə, qəzaya Əhməd Rəcəbli küçəsindəki işıqforun işləməməsi və sürücülərin buna əhəmiyyət verməməsi səbəb olub. İşıqforun Bakıya yağan və fəsadlar yaradan güclü yağışdan sonra işləmədiyi bildirilir.

 

Nərimanov Rayon Dövlət Yol Polisi İdarəsinin hadisə yerində müayinələr aparan inspektoru Emin Əmrahov açıqlamasında deyib ki, işıqfordakı problem hava şəraiti ilə əlaqədar yaranıb.

 

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır./apa/

 

 

 

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar