Bakıda zəncirvari yol qəzası baş verib
13.04.2016 520 0.0 0

Bakıda zəncirvari yol qəzası olub. Məlumata görə, hadisə paytaxtın Heydər Əliyev prospektində, Şəfa stadionunun qarşısında qeydə alınıb. Qəza zamanı Kazımov Rəşad Rauf oğlunun idarə etdiyi  "Toyota" markalı maşın, Əliyev Vüsal Mehman oğlunun idarə etdiyi "Ford Transit" markalı yük maşınına və Əliyev Xəqani Mehman oğlunun idarə etdiyi "VAZ 2107"ə çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmasa da hər üç maşına ciddi ziyan dəyib.
 
Əliyev qardaşlarının bildirdiyinə  görə, onlar avtomobillərini prospektin köməkçi hissəsinə saxlayaraq qarşıdakı yanacaqdoldurma məntəqəsində sarı gediblər.  Qayıdanda da görüblər ki, qəza olub. Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları cəlb olunub. İlkin ehtimala görə, qəzaya "Toyota" markalı avtomobilin sürücüsünün manevr qaydalarını pozması səbəb olub. Qəzadan sonra yolda tıxac yarandığından hadisə yerinə əlavə polis qüvvəsi cəlb olunub. Yararsız hala düşən maşınlar hadisə yerindən uzaqlaşdırıldıqdan sonra yolda nəqliyyatın hərəkəti normala qayıdıb.
 
Qəzanın əsl səbəbi aparılacaq avtotexniki ekspertizadan sonra müəyyən olunacaq. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır./apa/

 

 

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar