Bakıda zəncirvari qəza baş verib
27.05.2016 613 0.0 0

Bakının Sabunçu rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib. Məlumata görə, hadisə aeroport yolunda qeydə alınıb.  Baş verən zəncirvari qəzada "Chevrolet", "Mercedes" və "Jiquli" markalı avtomobillər toqquşub. Hadisə  nəticəsində 5 nəfər xəsarət alıb. Hadisə yerinə Dövlət Yol Polisinin (DYP) əməkdaşları ilə yanaşı təcili yardım briqadaları cəlb olunub. Polis aeroport yolunun bir hissəsi təhlükəsizlik məqsədilə bağlayıb. Daha sonra təcili yardım maşınları yaralıları hadisə yerindən götürərək yaxınlıqdakı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırıblar.
 
Xəstəxanadan verilən məlumata görə, baş verən qəza ilə bağlı xəstəxanaya gətirilən 1967-ci il təvəllüdlü Hüseynova Leyla Teymur qızı, 1995-ci il təvəllüdlü  Hüseynova Nərgiz Çingiz qızı,  1989-cu il təvəllüdlü Qocayev Bəxtiyar Süleyman oğlu,  1990-cı il təvəllüdlü Orucov Zamin Ruslan oğlu və 1989-cu il təvəllüdlü Şirinov Fuad Oqtay oğluna dərhal tibbi yardım göstərilib. Hazırda onların həyatı üçün təhlükə yoxdur.
 
Hadisə yerində çalışan yol polisi əməkdaşlarından verilən məlumata görə, qəzaya ilkin səbəb kimi, yola dağılan avtomobil yağının səbəb olması göstərilir. Belə ki, aeroport yolunun Bülbülə kəndinə dönən hissəsində yolun sol zolağına dağılan maşın yağı nəqliyyat vasitələrinin sürüşərək zəncirvari qəza törətməsinə səbəb olub.
 
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar