Bakıda YPX maşını ağır qəzaya düşdü - polislər xəsarət aldı - VİDEO
16.09.2019 538 0.0 0

Ötən gün Bakının Binəqədi rayonunda yol polisi avtomobili qəzaya uğrayıb.

Qazeta.info Baku.ws -ə istinadən xəbər verir ki,, hadisə “Monto Kristo” restoranı yaxınlığında qeydə alınıb.

Belə ki, 99 YP 468 nömrə nişanlı avtomobilin sürücüsünün idarə etdiyi maşın avtobusla toqquşub. Qəza zamanı 2 yol polisi xəsarət alıb.

Hadisə barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, faktla Bağlı Binqəqədi RPİ-də araşdırma başlanılıb, hadisənin təfərrüatları öyrənilir:

“Hadisə ehtiyatsızlıqdan baş verib. Xəsarət alanlar əməkdaşlarımız DİN-in Hospitilana yerləşdirilib, vəziyyətləri qənaətbəxşdir”.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar